Menu

Olland müstəqillik referendumuna razılıq verdi

17.11.2014, 17:40
Olland müstəqillik referendumuna razılıq verdi

2018-ci ilə kimi Yeni Kaledoniyaya imkan veriləcək ki. müstəqilliklə bağlı referendum keçirsinlər. Bunu Fransa prezidenti Hollande Yeni Kaledoniyaya səfəri zamanı deyib.

O söz verib ki,axırıncı söz kaledoniyalılara məxsus olacaq və onların qərarı hörmətlə qarşılanacaq.

Hollande deyib ki, referendumun dəqiq vaxtını yerli Konqress müəyyən edəcək,edə bilməsə, onda ən geci 2018-ci ilə kimi bu referendum keçiriləcək.

Yeni Kaledoniya 1853-cü ildə Fransaya müstəmləkə kimi daxil olub.

1998-ci ildə burda referendum keçirildi və yerli əhali müstəqiliyin əleyhinə səs verdi. Bundan sonra Yeni Kaledoniya hakimiyyəti və Paris saziş imzaladılar ki, Yeni kaledoniyanın müstəqil dövlət olması mərhələ-mərhələ həyata keçirilsin.

Hazırda Yeni Kaledoniya parlamenti olan Konqresdə 29 deputat müstəqiliyin əleyhinə, 25-I lehinədir.

Yeni Kaledoniya Avstraliyadan 1200 km şərqdə, Sakit Okeanda adalara yerləşir. Burda 270 min yerli əhali var. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol