“RUSLARIN NƏ BÜDCƏSİ, NƏ GÜCLÜ ORDUSU VAR...” – “Özəl ordular daxili siyasi oyunlarda istifadə olunacaq”

Almaniyanın Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kal bildirib ki, Rusiya Ukraynaya qarşı müharibəyə bir milyonadək insan səfərbər edə bilər. Bəs həqiqətənmi müharibədə canlı qüvvə resursunu artırmaq üçün Rusiya hazırkı durumunda geniş miqyasda səfərbərlik həyata keçirməyə qadirdir?

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri general Nikolay Malomuj Rusiyanın səfərbərlik imkanları ilə bağlı Ukraynanın “Apostrof.ua” internet portalında öz fikirlərini bölüşüb: ”Bu gün Rusiya Federasiyası az-çox peşəkar olan hərbi resurslarından istifadə edir. Aydındır ki, səfərbər edilənlər əməliyyatların səviyyəsini aşağı salmaqla yanaşı, xeyli itki verirlər. Elə bu səbəbdən də ruslar işğal etdikləri əraziləri itirəcəklər. Hazırda Kreml rusiyalılarda həyəcan yaratmadan yeni səfərbərliyə getməyə çalışır, hərçənd ki, artıq 300 mindən artıq insan səfərbər olunub.

Bundan əlavə, cəbhəyə göndərilənlər hər halda müəyyən hazırlıq keçsələr də, yenə məhv edilirlər, cəbhədən qaçırlar və əsir düşürlər. Ehtiyyat qüvvə barəsində danışanda, əlbəttə ki, söhbət milyonlardan getmir. Bu gün rusiyalıların resursları məhduddur. Biz 145 milyon əhalidən bəhs edirik. Lakin ərazi baxımından nəhəng ölkə olan Rusiya üçün bu say çox azdır. Müxtəlif səbəblərə görə son il yarım ərzində Rusiyanı 3,5 milyon gənc insan tərk edib. Bu, onu göstərir ki, ordu sıralarında döyüşə biləcək aktiv hissə ölkədən qaçıb. İnsanların əksəriyyəti döyüşmək istəmir. Rusiyalıların böyük hissəsinin Putini dəstəkləməsinə baxmayaraq, əhalinin 60-65 faizi orduya getmək və orada həlak olmaq fikrində deyil. Putin isə insanları zor gücünə dartıb orduya gətirməyə risk etmir. Çünki bu, qəzəb yaradır. Belə ki, hərbi hissələrə, komissarlıqlara kütləvi od vurulmasının şahidi olmuşuq. Ona görə də bu işi tədricən görmək lazımdır. Belə hesab etmək olar ki, yaz çağırışı hesabına orduya 100-150 min nəfər əlavə olunacaq. Müdafiə Nazirliyinin keçən ilin dekabrında Putinin də iştirakı ilə təsdiq edilmiş konsepsiyasına əsasən ildə 500 min nəfərin səfərbər edilməsi planlaşdırılıb. Bu günün real şansı belədir. Amma milyon nəfərə çatmaq alınmayacaq və hətta, əgər məcburi yolla insanları toplamağa çalışsalar da bu, mümkünsüzdür. Həmçinin, böyük itkilər fonunda məcburi format Rusiya cəmiyyətində çoxsaylı problemlər törədəcək. Rusiya cəmiyyəti çox uzun müddətdir ki, dözür, lakin əgər əhali vəziyyətdən kütləvi şəkildə şikayətlənərsə, bu, idarəedilməz prosesə çevrilər. Putinsə bundan çox qorxur. Ümumiyyətlə, səfərbərlik səmərəli nəticə vermir. Əvvəl dustaqların cəlb olunması modeli işə salındı, onların çoxu məhv edildi və istənilən nəticə alınmadı. Sonra “konüllülər” erasına start verildi və fikirləşdilər ki, “böyük müqəddəs müharibə” bayrağı altında könüllülərin orduya axını başlayacaq. Amma bundan da bir şey çıxmadı.

İndi pul hesabına muzdlu döyüşçü yığmağa meyllənirlər. Onlar maliyyə və müyyən mənada da vətənpərvərlik hissləri sayəsində muzdlu döyüşçü cəlb etməyi planlaşdırırlar. Bəs bunu necə edəcəklər? Hazırda rusların nə lazımi büdcəsi, nə də ki, etibar ediləcək güclü orduları var. Özəl şirkətlər vasitəsilə hansısa hərbi birləşmələr formalaşdırılması da nəzərdə tutulur. Məsələn, Müdafiə naziri Şoyqu özünün biznes strukturu vasitəsilə üç özəl struktur yaradır. Bundan başqa “Qazprom” və Rusiya Pravoslav Kilsəsi də öz hərbi bloklarını qururlar.

Yəni, bir tərəfdən Putin özəl şirkətlər hesabına hərbi birləşmələr qurulmasına göstəriş verib və burada büdcəyə maliyyə yükü düşmür. Amma digər yandan, belə silahlı qrupların güclü hücum etmək perspektivi çox zəifdir. Nə üçün? Çünki hər bir struktur bu və ya digər sahibkarın maraqları üçün istifadə olunur. Bu birləşmələrin nizami ordu ilə kommunikasiyası yoxdur. Biz Priqojinin “Vagner” qrupu ilə ordu arasında hansı ziddiyətlərin yaşandığını gördük. Həmçinin, Kadırovun döyüşçüləri də Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən qəbul olunmurlar. Bir-biriləri ilə rəqabətə girişən bu strukturlar cəbhəni gücləndirməyəcəkələr.

Digər tərəfdən, əlində hakimiyyət olanların hər biri görür ki, onun özəl hərbi strukturu var və bu struktur yeri gələndə onu müdafiə edəcək. Məsələn, Kadırov hesab edir ki, Rusiyada parçalanma baş verə bilər, ona görə də, özəl ordusunu gücləndirir. Eyni zamanda, başqa strukturlar da sabitsizliyin tüğyan edəcəyi bir vaxtda öz hərbi strukturunun köməyi ilə əlindəki resurslarını qorumağa çalışacaq.

Bir tərəfdən qarşıya qoyulmuş minimum tapşırıq Putinlə yola getmək və onun istəklərini yerinə yetirməkdir. Ancaq digər tərəfdən, özəl hərbi birləşmələr siyasi, iqtisadi və hətta şəxsi perspektivlər üçün lazımdır. Onda bu özəl orduları istənilən siyasi oyunlarda istifadə etmək olar.

Daha doğrusu, əgər Putinə qarşı yeni blok formalaşarsa, hansısa keçid rejimi və ya güc strukturu nümayəndələri, siyasətçilər deyə bilərlər ki, onların ixtiyarında özəl hərbi birləşmə var və onlar siyasi proseslərdə iştirak etməyə hazırdırlar”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar