"Araşdırmalara Türkiyə ekspertlərinin cəlb edilməsi qardaş ölkə ilə Rusiya arasındakı fərqi göstərir"
"Bakı-Qroznı sərnişin təyyarəsinin raket sistemi ilə vurulmasının müxtəlif illərdə vurulan sərnişin təyyarələrindən fərqi var".
"AzPolitika" xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu yazıb.
O xatırladır ki, müharibə zonasında və ya səhvən raketlərlə vurulan sərnişin təyyarələri yaxın tarixdə az olmayıb: "Bundan sonra təyyarəni vuran ölkə yanlışlığa yol verdiyini etiraf edib və üzr istəyib. Rusiya vurduqlarını heç zaman etiraf etməyib. Buna baxmayaraq, Rusiyanın bir müddət sonra Azərbaycandan üzr istəyəcəyini istisna etməsək də, təyyarə vurulduqdan sonra təyyarənin yaxındakı hava limanlarından birinə enməsinə icazə verilməməsini Moskva necə izah edəcək? Tarixdə buna oxşar hadisə baş verməyib. Əvvəlcə təyyarəmizi vurdular, sonra enməsinə imkan vermədilər və bununla insanları ölümə məhkum etdilər. Bu isə yanlışlıq deyil, bilərəkdən həyata keçirilmiş cinayətdir. Kremlin üzrüylə iş bitməyəcək".
Təhlilçi vurğulayır ki, Rusiya rəsmiləri və diplomatları bir daha “Xankəndidə konsulluq açmaq istəyirik” bəyanatını səsləndirsələr, onlara qəti şəkildə “buna icazə verə bilmərik” cavabı verilməlidir."Bunun əvəzinə Türkiyənin Şuşada konsulluq xidmətinin açılmasını sürətləndirməliyik. AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertlərinin cəlb edilməsi qardaş ölkə ilə Rusiya arasındakı fərqi göstərir" - deyə, Şahinoğlu bildirib.
"AzPolitika.info"


Şərhlər
Tamamilə doğru yanaşmadır. Türkiyə olan yerdə ədalətli və dəqiq araşdırma yekunlaşacaq və rusiya deyilən əldəqayırma dövlətdən birdəfəlik qurtarmaq lazımdır.
Elxan Şahinoğluna təşəkkür edirik.
Boşuna atmacalardan sonra hələlik yeganə olmalı doğru sual qəza məkanına ünvanlanıb! Azalın təyyarərəsi şünhəli təcavüzkarmışsa belə daha geniş imkanlı RF onu operativcə *nisbi-təhlükəsiz yerə* endirməyib? Sonrasını Böyük Müttəfiqimiz, MDB paytaxtı Kremldin hadisə-qəza məkanının şahidlərini tam təfərrüatl ifadə-izahları ilə mülahizə-müzakirəyə çıxarmsını gözləmək gərəkdi?