Menu

Ermənistan da Rusiyaya uçuşları təxirə salacaq? - Hökumət rəsmisi açıqladı

28.12.2024, 11:24
Ermənistan da Rusiyaya uçuşları təxirə salacaq? - Hökumət rəsmisi açıqladı

Ermənistan hökuməti AZAL təyyarəsinin qəzaya uğramasından sonra Rusiyaya mülki reysləri ləğv etməyi planlaşdırmır.

“AzPolitika” xəbər verir ki, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan "İnterfaks"a açıqlamasında reyslərin təxirə salınmayacağını deyib: "Hazırda bu, planlaşdırılmır".

Ermənistan aviaşirkətlərinin nümayəndələri bildiriblər ki, respublikadan Rusiyaya reyslərin fəaliyyətində heç bir dəyişiklik yoxdur, bütün uçuşlar qrafikə uyğun həyata keçirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol