Menu

"Rusiya "Şahid" istehsalını iki dəfə artırıb" - "ISW"

28.12.2024, 11:47
"Rusiya "Şahid" istehsalını iki dəfə artırıb" - "ISW"

Rusiya "Şahid" pilotsuz uçuş aparatlarının istehsalını iki dəfə artırıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Müharibə Araşdırma İnstitutunun (ISW) hesabatında bildirilir.

Analitiklər qeyd edirlər ki, Rusiyanın Alabuqa zonasında (Tatarıstan Respublikası) yerləşən zavod 2024-cü ilin yanvarından sentyabr ayına kimi 5760 PUA istehsal edib. Qeyd olunur ki, bu, 2023-cü illə müqayisədə iki dəfə çoxdur. 

Bildirilir ki, zavod 2025-ci ilin sentyabrına qədər 6 min pilotsuz uçan aparatın istehsalı ilə bağlı artıq müqavilə bağlayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol