Menu

“ABŞ silahı Ukraynanın əlində möcüzələr yaradır”- Ukrayna Müdafiə Nazirliyi

02.03.2023, 12:06
“ABŞ silahı Ukraynanın əlində möcüzələr yaradır”- Ukrayna Müdafiə Nazirliyi

"Bir ukraynalı hərbçi bir gündə rusların 5 tankını, 2 piyada döyüş maşınını məhv edib"

Bir ukraynalı əsgər ABŞ tərəfindən verilən "Javelin" raketlərindən istifadə etməklə bir gündə beş rus tankını və üç piyada döyüş maşınını sıradan çıxarıb.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, hadisə rusların Donetsk vilayətinin Maryinka şəhəri yaxınlığında Ukraynanın 79-cu Hava Hücum Briqadasına hücumu zamanı baş verib.

“ABŞ silahı Ukraynanın əlində möcüzələr yaradır”-deyə, məlumatda qeyd olunub.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol