Rusiya gizli kanallar vasitəsilə ABŞ-la Yeni Strateji Hücum Silahları Müqaviləsi (START) üzrə danışıqlar aparır.
"AzPolitika.info" xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Rybakov jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ ilə müxtəlif məsələləri müzakirə etməyə hazır olduqlarını bildirən Ryabkov, İsveçrənin Cenevrə şəhərində keçiriləcək tərksilah konfransı çərçivəsində ABŞ nümayəndələri ilə görüşmək imkanlarının olduğunu bildirib.
"Təsdiq edə bilərəm ki, biz son günlər gizli kanallar üzərindən Yeni START müqaviləsini müzakirə edirik. Bu, danılmaz faktdır. Bu, danışıqların davamı ola bilər", - deyə o, bildirib.
Digər tərəfdən, Rusiyanın ABŞ-la Yeni START müqaviləsində iştirakını dayandırdığını xatırladan Ryabkov, bu qərara yenidən baxmağın mümkün olmadığını vurğulayıb: "Biz deyəcəyimizi dedik. Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdəki çıxışında bu məsələyə toxunub. Rusiya Xarici İşlər Nazirliyi də fevralın 21-də verdiyi açıqlamada razılaşmanın əvvəlki gündən fərqli olduğunu bildirib”.
Xatırladaq ki, Vladimir Putin fevralın 21-də Federal Məclisdəki çıxışında Rusiyanın ABŞ-la Yeni START müqaviləsində iştirakını dayandırdığını açıqlayıb və bu razılaşmanı dayandıran müvafiq qanunu imzalayıb.
"AzPolitika.info"


Şərhlər