Menu

"Vaqner"in rəhbərinin hərbi cinayətkar olmasına dair kifayət qədər sübut var" - ABŞ-ın baş prokuroru

02.03.2023, 15:38
"Vaqner"in rəhbərinin hərbi cinayətkar olmasına dair kifayət qədər sübut var" - ABŞ-ın baş prokuroru

"Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin hərbi cinayətkar olmasına dair kifayət qədər sübut var”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Baş prokuroru Merrik Qarland Senatda dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, “Vaqner” Donbasda Ukrayna vətəndaşlarına qarşı çoxsaylı cinayətlər törədib: “Həmin qruplaşma həmçinin Rusiya həbsxanalarından məhbusların qanunsuz olaraq cəbhəyə göndərilməsinə görə məsuliyyət daşıyır. Onların fəaliyyəti ABŞ-a da ziyan vurur”.

Qeyd edək ki, “Vaqner” muzdlu hərbi təşkilatı 2014-cü ildə yaradılıb. Şərqi Avropada müharibə başladığı gündən bu qruplaşmanın üzvləri Rusiya tərəfindən döyüşür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol