Menu

"FHN Türkiyədə zəlzələ bölgəsində qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirib" - Qərargah rəisi

02.03.2023, 18:11
"FHN Türkiyədə zəlzələ bölgəsində qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirib" - Qərargah rəisi

Fövqəladə Hallar Nazirliyi Türkiyədə zəlzələ bölgəsində qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirib.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-nin xüsusi riskli xilasetmə xidmətinin qərargah rəisi polkovnik Asif Məmmədli deyib.

O bildirib ki, axtarış-xilasetmə işləri çərçivəsində 53 nəfəri dağıntılar altından sağ çıxarıblar ki, onlardan 17-si uşaq olub: "Həmçinin qruplarımız dağıntılar altından 174-ü uşaq olmaqla 780 meyit tapıb".

Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən FHN-nin çevik xilasetmə qüvvələrinin daha 236 nəfərlik qrupu Vətənə qayıdıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol