Diktator uşaqlarının qeyi-rəsmi anasını Valday ətrafında 2600 kvadratmetr sahəsi olan hündür bahalı və həyatyanı sahəsi olan evlə (penthauz) «əztzləyib».
Pusiyalı diktator Vladimir Putin özünün sevgilisini və iki oğlunun qeyri-rəsmi anası Alina Kabayevanı Soçidəki dəbdəbəli penthauzla sevindirib. Tikili Rusiya Federasiyasında, 2021-ci ilə olan məlumata görə, ən böyük mənzil hesab olunub. Bundan əvvəl Kabayeva Kalaşnikov avtomatı barədə özünün təbliğatçı fikirləri ilə seçilib.
Putinin bəxşişinin təfərrüatını «Proyekt» nəşrinin jurnalistləri araşdırıb. KİV-in araşdırmasında deyilir ki, söhbət ikimərtəbəli daşınmaz əmlakdan gedir, onun sahəsi 2600 kvadratmetrdir və Soçinin «Kral parkı» adlı yaşayış kompeksində yerləşib.

KİV-lər qeyd edirlər ki, Kabayevanın mənzilini Putin rəsmi vəsaitlər hesabına yox, özünün gizli «Emira» ofşoru üzərindən alıb. RF lideri uyğun fırıldağı 2011-ci ildə həyata keçirib - penthauzu özünün dost-pul kisəsi Oleq Rudanova sənədləşdirib: o, mülkə görə təxminən 90 milyon publ ödəyib ki, bu da tikintini həyata keçirən tərəfin təklif etdiyi qiymətdən 5 dəfə aşağıdır.
Jurnalistlər müəyyən ediblər ki, penthaus rəsmi olaraq Rudanovun üzərinə sənədləşdirilsə də onu Kabayeva ailəsi istismar edir. Penthauzun üst hissəsi istisna təşkil edir - onu Kabayevanın nənəsi Anna Zasepilinaya çənədləşdiriblər. Söhbət iki mənzildən gedir.
Eynilə, «Proyekt» müəyyən edib ki, Putin analoji qaydada özünün dostu Yuri Kovalçukun üzərindən sahəsi 1200 kvadratmetr olan taxta qülləli ev alıb. O, Rusiya liderinin Valdaydakı rezidensiyasının 800 metrliyində yerləşir. Mülk «Praym» şirkətinə sənədləşdirilib. O, Kovalçukun mülkiyyətindədir. KİV-in məlumatına görə, bu ev də Kabayevaya hədiyyə olaraq alınıb.
Jurnalistlər müəyyən ediblər ki, birgə illər əzində Putin Kabayevaya 120 milyon dollarlıq daşınmaz əmlak alıb.
Müharibə barədə olan son məlumata görə, Rusiya ordusu Ukraynada 150 mindən artıq hərbçisini itirib. İkinci Dünya müharibəsində ruslar «Kalinka» oxuyaraq, vətən uğrunda ölümə gediblər. İndiki müharibədə isə insanları «Alinka» oxudub, «kobzonlaşdırırlar». Buryatlara üstəlik bir qoyun da bağışlayırlar…
AzPolitika.info


Şərhlər