Menu

“Rusiyanın dəqiq idarə olunan raketləri tükənib” - Ukrayna Təhlükəsizlik Şurası

03.03.2023, 11:33
“Rusiyanın dəqiq idarə olunan raketləri tükənib” - Ukrayna Təhlükəsizlik Şurası

“Rusiya ordusunun dəqiq idarə olunan raketləri tükənib”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Oliksiy Danilov deyib.

O bildirib ki, fevralın 24-də - müharibənin başlamasının ildönümündə Ukrayna ərazilərinin kütləvi raket atəşinə tutulmamasının səbəbi də bu olub: “Onlar raketlərindən ehtiyatla istifadə edirlər”.

O.Danilovun sözlərinə görə, buna baxmayaraq Rusiya hələ də müharibəni davam etdirmək ambisiyasından əl çəkməyib: “Onlar hər gün bizim şəhərlərimizdə - Xarkov, Xerson və digərlərində terror aktları törədirlər”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol