Menu

ABŞ sabah Ukraynaya yeni hərbi yardım paketini elan edəcək

03.03.2023, 13:36
ABŞ sabah Ukraynaya yeni hərbi yardım paketini elan edəcək

ABŞ sabah, martın 4-də Ukraynaya yeni hərbi yardım paketini elan edəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.

Onun sözlərinə görə, yeni hərbi yardım paketinə HIMARS raketləri və MLRS-lər üçün sursat və mərmilər daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol