“ƏRDOĞAN QALİB GƏLSƏ, “ALTILI MASA" DAĞILACAQ” – “Bir-birlərini ittiham edəcəklər ki...”

"Akşener müxalifətin vahid namizəd prosesini gecikdirib..."

“İyi Partiyanın sədri Meral Akşener Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyini dəstəkləmək məsələsində tərəddüd keçirir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Türkiyədə seçkiqabağı prosesləri şərh edən politoloq Elxan Şahinoğlu bildirib.

“Meral Akşener İstanbul bələdiyyə başçısı Əkrəm İmamoğlunun və ya Ankara bələdiyyə başçısı Mənsur Yavaşın Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla mübarizədə Kamal Kılıçdaroğludan daha çox səs toplaya biləcəklərini ehtimal edir. Ancaq Kamal Kılıçdaroğlu belə düşünmür və partiyasına aid bələdiyyə başçılarının görəvlərinə davam etməsini istəyir”, - o əlavə edib.

Belə olan halda hadisələr necə inkişaf edə bilər?

Təhlilçi bir neçə variant irəli sürür:

“Birinci variant Meral Akşenerin “altılı masadan” – “Millət ittifaqından” ayrılıb öz namizədi ilə prezident seçkisinə qatılmasıdır. Bu az ehtimal olunan variantdır. Çünki Meral Akşener 2018-ci ildə prezident seçkisində kifayət qədər səs toplaya bilmədi. O namizədliyini yenə irəli sürsə Rəcəb Tayyib Ərdoğana məğlub olacaq. Digər tərəfdən, Meral Akşener “altılı masanı” tərk etməklə müxalifətin birliyini pozacaq. İyi parti lideri dağıdıcı olmaq istəməyəcək.

İkinci variant Meral Akşener Kamal Kılıçdaroğlunun namizədliyi üzərində dayanacaq, ancaq bu güzəştinin qarşılığını istəyəcək. Meral Akşener mümkün Konstitisiya dəyişikliyindən və yenidən parlament respublikasına keçiddən sonra Baş nazir olmaq istəyir. Bu parlamentdə İyi Partinin CHP ilə koalisiyanı davam etdirəcəyi halda reallaşa bilər”.

E. Şahinoğlu bildirir ki, bütün hallarda Meral Akşener müxalifətin vahid namizəd prosesini gecikdirib. Onun sözlərinə görə, əgər Kamal Kılıçdaroğlu Rəcəb Tayyib Ərdoğana məğlub olarsa, “altılıq masa” dağılacaq və tərəflər bir-birlərini ittiham edəcəklər.

“Meral Akşener deyəcək ki, “Mən ona görə Kamal Kılıçdaroğlunun yerinə başqa namizədin irəli sürülməsini istəyirdim”, Kamal Kılıçdaroğlunun tərəfdarları isə məğlubiyyətə görə Meral Akşeneri bu şəkildə ittiham edəcəklər: “Meral xanım prosesi gecikdirdiyindən məğlub olduq”, o qeyd edib.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar