Menu

Meral Akşenerin partiyası 6 müxalifət təşkilatının yaratdığı birlikdən çıxıb

03.03.2023, 16:57
Meral Akşenerin partiyası 6 müxalifət təşkilatının yaratdığı birlikdən çıxıb

Türkiyənin əsas müxalif partiyalarından biri olan İYİ Partiya 6 müxalifət partiyasının yaratdığı birlikdən çıxıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu İYİ Partiyanın sədri, Böyük Millət Məclisinin sədri Meral Akşener jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, “Altılı masa” adlanan birlik prezidentliyə vahid namizəd məsələsində razılığa gələ bilməyib: "Biz CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə məcbur edilmişik. Biz bununla razılaşmırıq. Ona görə də “Altılı masa”nı tərk edirik”.

M.Akşener söyləyib ki, “Altılı masa” artıq millətin iradəsini təmsil etmir.

Qeyd edək ki, Türkiyənin 6 müxalif partiyası “Altılı masa” da birləşmişdi.

Şərhlər

Cəmşid Dərələyəzli 2023-03-03 21:03:53

Qardaş Türkiyede ki, zillet ittifakıı adı ile qurulmuş 6-lı masanın ki, Şabanın dağa qaçırdığı qızın onu her defe salı, cuma, cuma ertesi ile oyalıyıb, gerdeye girmemesine benzeyir . Demek ki, Bunlarda da ne Şaban- Şaban oldu, ne de ki qarı-qarı oldu ki, biri işi bitirsin.

Cəmşid Dərələyəzli 2023-03-03 17:36:41

Maral bütün dağıdıcı siyasi faliyyetinde oynadığını yene de oynadı. Cümhur ittifakı için her iki variant uyar. Hadi hodru meydan. Demedikmi başaramayacaklar. Sayın Erdoğan bu seçimde de Başkandır.

Cəmşid Dərələyəzli 2023-03-03 17:32:13

Qardaş Türkiyede ki, zillet ittifakıı adı ile qurulmuş 6-lı masanın ki, Şabanın dağa qaçırdığı qızın onu her defe salı, cuma, cuma ertesi ile oyalıyıb, gerdeye girmemesine benzeyir . Demek ki, Bunlarda da ne Şaban- Şaban oldu, ne de ki qarı-qarı oldu ki, biri işi bitirsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol