AKŞENER “ALTILI MASA”NI DAĞITDI... - Türkiyə siyasətində “zəlzələ”...

“Altılı masa millətin iradəsini, qərarlarını əks etdirmək qabiliyyətini itirib...85 milyonun gələcəyini təhlükəyə atmayacağıq”

Türkiyədə seçkiqabağı əsas müxalifət partiyalarının yaratdığı “Millət” İttifaqının qurucularından biri, İYİ Partiyanın sədri Meral Akşenər ana müxalifət Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Klıçdaroğlunun müxalifətin vahid namizədliyini dəstəkləməkdən imtina edib.

Xatırladaq ki, dünən Səadət Partiyasının ev sahibliyi ilə keçirilən toplantıda liderlər namizədlə bağlı yekun qərara gələ bilməmişdilər. 5 saatlıq toplantıdan sonra Meral Akşenər İYİ Partiyanın rəhbər orqanları ilə müzakirə apardıqdan sonra qərar verəcəyini açıqlamışdı. Daha sonra vahid namizədin kim olacağı ilə bağlı martın 6-də yekun qərar veriləcəyini elan etmişdi.

Bu gün Meral Akşenər keçirdiyi mətbuat konfransında bildirib ki, Anakara və İstanbul şəhər bələdiyyə sədrləri Mansur Yavaşı və Əkrəm İmamoğlunu namizəd olmağa çağırıb.

Akşenerin açıqlamalarında diqqət çəkən məqamlar belədir:

"İYİ Partiya bu güncə sıxışdırılıb, məcburiyyət qarşısında, ölümlə olum arasında seçim etmək məcburiyyətində qalıb. Bunun qarşısında boyun əyməyəcək. 2023-cü ildə millətimiz demokratiyamız, cümhuriyyətimizin sarıslmaz dəyərləri uğrunda mübarizə apararkən “paltomu assam, namizəd olaram” deyənlərə qarşı möhkəm dayanmağa davam edəcəyik.

Seçimimiz dünən də bəlli idi, bu gün də aydındır. Qarşımızda kim olursa olsun, etirazımız, mübarizəmizi davam etdirəcəyik. Millətimizə bir söz verdik. Millətin səsi olacağımıza söz vermişdik. Söz vermişdik ki, bundan qorxan yox, hakimiyyəti alan tərəf biz olacağıq.

Biz bu günlərə çirkin sövdələşmələri rədd edərək gəlmişik. Bu istiqamətdə millətimizi siyasətimizin mərkəzinə apardıq və ölkəmizi vilayətdən əyalətə, rayon mahala gəzdik. Dinlədiyimiz dərdləri, şikayətləri nəzərə alıb millətimizin səsini eşitdirdiyimiz kimi, iqtidardan da, bizdən də, müxalifətdən də gözləntilərini doğrultmağa çalışdıq. Biz İYİ Partiya olaraq demokratiyaya olan inamımıza uyğun olaraq problemlərdən və həll yollarından sağlam düşüncə işığunda danışmağı zəruri hesab etdik.

Bütün fikir ayrılıqlarımıza baxmayaraq, Türkiyə üçün ortaq problemlər üçün gücləndirilmiş parlament sistemi, konstitusiya dəyişikliyi təklifi kimi bir çox mövzularda konsensusa nail olduq.

Dünən kimin birgə namizəd olacağını müzakirə etdik. 5 siyasi partiya tək bir ad dilə gətirərək Kılıçdaroğlunun namizədliyi ilə bağlı fikirlərini bildirib. 3 ildən artıqdır küçələrdə tez-tez eşitdiyimiz və uzun müddətdir bütün anketlərdə cənab Ərdoğana qalib gələn iki adla bağlı fikrimizi bildirdik. Bunlar Mənsur Yavaş və Əkrəm İmamoğlu idi. Başa düşdük ki, kiçik çıxarlar 85 milyonun mübarək qələbəsindən üstün tutuldu. Şəxsi ambisiyaları Türkiyədən üstün tutdular.

Təəssüflə demək istəyirəm ki, altılı masa millətin iradəsini, qərarlarını əks etdirmək qabiliyyətini itirib. Bu qurum ümumi ağıl platforması olmaqdan çıxdı. Alternativlərin qara siyahıya salındığı notarius kontoruna çevrilib.Biz qumar masasında və ya notarius masasında olmayacağıq. 85 milyonun gələcəyini təhlükəyə atmayacağıq. Biz Cumhuriyyətimizin yeni əsrini heç vaxt kor-koranə görməyəcəyik. Millətimizin qələbə ümidini qırmayacağıq.

Mən cənab Mansur Yavaşa və Əkrəm İmamoğluna zəng etmək istəyirəm. Hörmətli başqanlarım, siz millətin iradəsi ilə seçilmisiniz. Bütün maneələrə baxmayaraq çox çalışdınız. Millətimizi dağıntılar altında da tək qoymadınız. Millətimiz sizi vəzifəyə çağırır. Bu, inkar edilə bilməyən və göz ardı edilə bilməyən bir vəzifədir. Bu çağırışın sahibi millətdir. Bu qərar xalqa məxsusdur. Bundan sonra seçim etmək bizim əlimizdədir. Ya tarix yazacağıq, ya da tarix olacaq”.

O qeyd edib ki, “Altılı masa” adlanan birlik prezidentliyə vahid namizəd məsələsində razılığa gələ bilməyib: "Biz CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə məcbur edilmişik. Biz bununla razılaşmırıq. Ona görə də “Altılı masa”nı tərk edirik”.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Turan 2023-03-04 05:20:55

Meral cannnn doğru var ol

Azərbaycanlılar 2023-03-03 19:19:41

Böyük Türkün maralı--neheng Erdoğanı, Baxçalını, Akarı, Çavuşoğlunu qoyub 5-li Türk duşmanlarının yanında yer alamazdın necə ki almadın--sevdik seni Böyük Türkün gözəl qızı

Cəmşid Dərələyəzli 2023-03-03 17:32:46

Qardaş Türkiyede ki, zillet ittifakıı adı ile qurulmuş 6-lı masanın ki, Şabanın dağa qaçırdığı qızın onu her defe salı, cuma, cuma ertesi ile oyalıyıb, gerdeye girmemesine benzeyir . Demek ki, Bunlarda da ne Şaban- Şaban oldu, ne de ki qarı-qarı oldu ki, biri işi bitirsin.

Son yazılar