Minsk şəhər məhkəməsi tanınmış belaruslu hüquq müdafiəşisi, Nobel mükafatına layiq görülmüş Ales Byalyatskini 10 il müddətinə azadlıqdan məhrum edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Belarusun “Vesna” hüquq müdafiə təşkilatı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, onunla birgə daha iki hüquq müdafiəçisinə 7il və 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Rəsmi itihamda hüquq müdafiəçiləri qanunsuz kütləvi aksiyaları maliyyələşdirməkdə və qaçaqmalçılıqda günahlandırılıblar.
Byalyatski və yoldaşları məhkəmənin rus yox, Belarus dilində keçirilməsini tələb etsələr də, onların istəyi rədd edilib. Özlərini günahkar bilməyən hüquq müdafiəçiləri qərarın siyasi xarakterli sifariş olduğunu bildiriblər.
Qeyd edək ki, bütün tanınmış beynəlxalq hüquq müdafiəsi təşkilatları Byalyatskini vicdan məhbusu kimi tanıyıb.
“AzPolitika.info”


Şərhlər