Menu

"Sputnik V" peyvəndinin yaradıcılarından biri öldürülüb

03.03.2023, 19:10
"Sputnik V" peyvəndinin yaradıcılarından biri öldürülüb

Koronavirusa qarşı "Sputnik V" peyvəndinin yaradıcılarından biri Andrey Botikov Moskvada öldürülüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, alim evində ölü tapılıb.

Məlum olub ki, Botikovu onun yanına gələn qonaq boğaraq öldürüb.

Qeyd edək ki, Botikov COVID-19 əleyhinə peyvənd üçün patentin həmmüəllifidir. O, dərman preparatını yaratdığına görə Rusiya Prezidenti Vladimir Putindən mükafat alan alimlərin arasında olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol