Menu

Saatlıda 18 yaşlı gənc bıçaqlanıb

04.03.2023, 10:38
Saatlıda 18 yaşlı gənc bıçaqlanıb

Saatlı rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

Kənd sakini 2005-ciil təvəllüdlü Nəsirov Sadiq İmran oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Yaxınları bildirib ki, S. Nəsirov tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol