Bakıda marketdə ölən şəxsin kimliyi bilindi - FOTO (Yenilənib)

Bu gün Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində həyatını itirən şəxslə bağlı bəzi məqamlar dəqiqləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, silahlı şəxslərin hücumu nəticəsində həyatını itirən Həsənov Rüfət Rahib oğlu “Azərpoçt” MMC-nin İnkassasiya Xidmətinin əməkdaşı olub. O, çalışdığı xidmətlə müqavilə əsasında əməkdaşlıq edən banklardan birinə təhkim edilibmiş.

Qeyd edək ki, R.Həsənov aldığı xəsarətdən hadisə yerində ölüb. Onunla birgə hipermarketə gələn digər əməkdaş, eləcə də atışma zamanı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

***

Bakıda Əhmədlidəki hipermarketdə atışma nəticəsində ölən şəxsin fotosu yayılıb.

APA xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Xatırladaq ki, ölən şəxs Həsənov Rüfət Rahib oğludur.

635x100

Şərhlər

Rabitəçi 2023-03-04 23:56:19

Rabitə Dövlətin bel sütunudur. Hər adamı rabitəyə işə götürmək olmaz. hadisə də onu göstəriri ki, qeyri-peşəkar kadrlar rabitədə kök salıblar....... Köklü kadr dəyişikliyi aparılmalıdır ! Şəki Poçtunu keçmiş kolxoz İdarəsinə döndərən Seyran Abduləlimovu Şəki Poçtuna rəyis təyin ediblər ? Seyranı tutduğu vəzifədən nazirlik azad etmək istəyir, ancaq Seyran özünü Şəki RMX -da adını qeydiyata saldırıbdfır , guya xəstədir, vaxtını uzadır, işdə qalması üçün ? Özü isə Şəki də , öz işləri ilə məşğul olur, Poçtun qabağından əl kəçmir ? Belıə bir adamın işdə qalması, rabitənin imicinə öz mənfi təsirini göstərməkdə davam edir...

Son yazılar