Menu

Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi

04.03.2023, 16:10
Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) Xətai rayonunda marketə basqın edən şəxsin zərəsizləşdirilməsi iddiaları ilə bağlı sosial şəbəkədə yayılan fotolarla bağlı əhaliyə müraciət edib.

DİN-in Mətbuat Xidmətinin müraciətində deyilir: “Bakıda marketdə silahlı basqınla əlaqədar sosial şəbəkələrdə yayılan fotoşəkillərin Xətai rayonunda olan hadisə ilə əlaqəsi yoxdur. Həmin fotoşəkilləri yaymamağı tövsiyə edirik”.

Qeyd edək ki, bu gün günorta saatlarında iki nəfər naməlum şəxs Xətai rayonunda mağazalardan birinə odlu silahla basqın edib.

Hadiə zamanı bir nəfər həlak olub, iki nəfər yaralanıb.

Sosial şəbəkələrdə guya silahlıların birinin zərərsizləşdirilməsi ilə bağlı fotolar yayılıb.

Şərhlər

Eli 2023-03-04 17:37:20

Ay qardaş insan da insanı pula göre öldürer,yıx eger bu metod yaşamaq uğrunda mübarizedirse beele mübarize olmaz bunu ne din ne de qanun mğdafie etmir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol