ABŞ-ın yardım işçisinin və Suriyalı əsgərlərin edam olunması videosunda İslam Dövləti yaraqlıları arasındaBritaniyadan olan keçmiş tibb tələbəsi və bir Fransa vətəndaşı var.
Fransanın Daxili İşlər nazirliyi noyabrın 17-də elan edib ki, çox böyük əminliklə demək olar ki, videodakı cihadçılardan biri Maxime Haucharddır. Onun 22 yaşı var vəo, Normandiyadandır.
Britaniyada isə Kardiffsakini Ahmed Muthana deyib ki, onun Nasser adlı 20 yaşlı oğlu videoda cihadçılar arasındadır.
Noyabrın 16-da yayılan həmin videoda amerikalı Peter Kassig və 18 suriyalı əsgərin boynu vurulur.
Paris prokurorluğu bildirib ki, cihadçılarla əlaqədə şübhəli bilinən1000 nəfərə göz qoyulur. 95 nəfərə qarşı isə ittiham irəli sürülüb.


Şərhlər