Menu

Çavuşoğlu BMT-nin Baş katibi ilə görüşüb

04.03.2023, 22:46
Çavuşoğlu BMT-nin Baş katibi ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşüb. “Report” xəbər verir ki, bu barədə Türkiyənin XİN başçısı tviterdə qeyd edib.

BMT-nin az inkişaf etmiş ölkələr üzrə konfransında iştirak etmək üçün Qətərdə səfərdə olan türkiyəli diplomat zəlzələdən sonra göstərdiyi dəstəyə görə BMT-yə təşəkkürünü bildirib: “Əminə xanım Ərdoğanın başlatdığı “Sıfır tullantı” təşəbbüsümüzü, Ukraynadakı durumu və İstanbul taxıl sazişini müzakirə etdik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol