Menu

Bakıda avtomobil qadını vuraraq öldürüb

06.03.2023, 09:13
Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil qadını vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə martın 6-sı paytaxtın Zabrat dairəsi yaxınlığında qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Qasımov Ramiz Elşad oğlu etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən yolu piyada keçən piyada, 1966-cı il təvəllüdlü Abbasova Zeynəb Qəşəm qızını vurub.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol