Menu

Bryanska hücum edən dəstənin başçısı danışdı – “Sərhəd mühafizəsi pis gündə idi...”

06.03.2023, 10:49
Bryanska hücum edən dəstənin başçısı danışdı – “Sərhəd mühafizəsi pis gündə idi...”

“Ukrayna hakimiyyəti bilirdi ki, Rusiya Könüllülər Korpusu adlanan qurum sərhədi keçərək Bryansk vilayəti ərazisinə daxil olacaq”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə "Financial Times" qəzetinə müsahibəsində qurumun rəhbəri rusiyalı Denis Kapustin bildirib. Onun sözlərinə görə, basqın razılaşdırılmasaydı, onun bütün iştirakçıları məhv ediləcəkdi.

Nikitinin sözlərinə görə, hücumda təxminən 45 nəfər iştirak edib. Onların arasında Rusiya ərazisində fəaliyyət göstərən partizan şəbəkəsinin bəzi üzvləri də olub.

Nikitin kəndlərdən birində atışma olduğunu təsdiqləyib. Eyni zamanda o, dinc sakinlər arasında itkilərdən xəbərinin olmadığını bildirib. Rusiya hakimiyyətinin məlumatına görə, iki nəfər həlak olub, bir uşaq isə yaralanıb.

Nikitinin sözlərinə görə, Rusiya Könüllülər Korpusu göstərə bildi ki, onun üzvləri diqqətlə qorunmalı olan sərhədyanı ərazilərdən keçə bilirlər.

"Əsas məqsəd odur ki, ruslara buxovlarda yaşamamalı, başqasının iradəsini yerinə yetirməməli və başqasının müharibəsində iştirak etməməli olduqlarını xatırlatmaq idi. Biz bu Kreml qəsbkarlarını hakimiyyətdən uzaqlaşdırmaq istəyən hər kəsi dəstəkləyəcəyik", - “Financial Times” Nikitindən sitat gətirir.

Nikitinin sözlərinə görə, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilsə də, hücum Rusiyanın Bryansk vilayətində müdafiənin çox pis vəziyyətdə olduğunu ortaya qoydu.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol