ABŞ rəsmiləri ölkənin dəniz limanlarında yerləşən Çin istehsalı olan nəhəng kranların Pekin tərəfindən casusluq aləti kimi istifadə oluna biləcəyindən ciddi narahatdırlar.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Wall Street Journal” adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətləri Çin istehsalçısı ZPMC tərəfindən hazırlanmış liman kranlarını göz önündə gizlənən “Troya atı” ilə müqayisə ediblər. “Nisbətən yaxşı işləməyə və aşağı qiymətə baxmayaraq, onlar konteynerlərin mənşəyi və təyinat yerini qeydiyyatdan keçirə və izləyə bilən mürəkkəb sensorlardan ibarətdir. Bu, Çinin ABŞ-ın dünya üzrə hərbi əməliyyatlarını dəstəkləmək ölkə xaricinə göndərilən hərbi avadanlıqlar haqqında məlumat toplaya biləcəyi ilə bağlı narahatlıq doğurur”,- mənbə bildirib.
ABŞ əks-kəşfiyyatının keçmiş yüksək rütbəli rəsmisi Bill Evaninin sözlərinə görə, kranlar həm də yük axınını pozmaq istəyənlər üçün uzaqdan giriş təmin edə bilər.
O, xatırladır ki, ABŞ hökuməti yerli vətəndaşlara casusluq aləti olduğuna görə Çin telekommunikasiya şirkətinin məhsullarını almağı qadağan edib.
“Amma sözügedən kranlar yeni “Huawei” rolunu oynaya bilər" dedi. Bu, həm də gizli kəşfiyyat məlumatlarının toplanmasında iştirak edən mexanizmin qanuni biznesdə mükəmməl maskalanmış formasıdır", - Evanin vurğulayıb.
Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü WSJ-yə bildirib ki, ABŞ-ın kranlarla bağlı narahatlığı paranoyadır və Pekinlə ticarət-iqtisadi əməkdaşlığa mane olmaq cəhdidir.
“Çin kartı” oynamaq və “Çin təhlükəsi” nəzəriyyəsini yaymaq məsuliyyətsizlikdir və ABŞ-ın maraqlarına zərər verəcək”, – Çin səfirliyi bildirib.
Rasim
“AzPolitika.info”


Şərhlər