“İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
APA-nın əldə etdiyi xəbərə görə, Sumqayıt Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda Hökmə əsasən, Rasim Məmmədov xuliqanlıqda təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, QHT rəhbəri Rasim Məmmədov 2022-ci ilin fevral ayında həbs olunub.
İttihama görə, Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb edib. Ramiz Hüseynov həyətə düşdükdən sonra Rasim Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla şirkətin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib.
Qeyd olunan əmələ görə, Rasim Məmmədova qarşı Cinayət Məcəlləsinin 221.3(silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.


Şərhlər
Başa düşəmmədim.Bu adam yəni heç bir əsaslı səbəb olmadan (!) Ramizi söyüb,çölə çıxarıb,çöldə isə Ramizlə sözləşərkən anbardara 3 zərbə endirib mobil telefonla.Yəni dəli olub bu?Birdəncə gedib filan müəssisəyə,orada filankəsi söyüb batırıb çölə çıxarıb.Daha maraqlısı budur ki,əgər anbardarı vuracaqdısa Ramizi niyə çölə çıxarıb?Yoxsa bu adam Əziz Nesinin hekayəsindəki Nüman bəy kimi 30 dərəcə əyri görür,Ramizi vurmaq istərkən onun 30 dərəcə böyründə dayanmış anbardarı vurmuş olub?Əgər belədirsə demək bunun məqsədi Nüman bəy kimi elə anbardarı vurmaq olubmuş,bilib ki Ramizi çölə çıxaranda anbardar da onun yanınca gələcək və 30 dərəcə böyründə dayanacaq.Bir də anlayamadığım bir şey var:o mobil telefon poladdan olub ki,3 dəfə vurmaqla anbardara müxtəlif dərəcəli bədən xəsarəti yetirib?Dərəcələr müəyyənləşibsə gedək biz də alaq o telefondan.Çünki dünyadı,bilmək olmaz adamın başına harda nə gələ bilər,silah kimi işlədərik.Şerlok Holms deyib ki,motiv yoxdursa cinayət də yoxdur.Motiv bəlli deyil,səbəb bilinmir,onda nə deyib hökm çıxarıblar buna?
Bu adam Adil Əliyevin secki sində təbligatci kimi cixish edib..Yəqin ona gorə belə ucuz qurtuldu..