Menu

İranda 5 mindən çox tələbə zəhərlənib – Səbəbi nədir?

07.03.2023, 16:39
İranda 5 mindən çox tələbə zəhərlənib –  Səbəbi nədir?

İranda noyabrın 30-dan bəri ümumilikdə 230 məktəbdə 5 mindən çox şagirdin zəhərləndiyi bildirilir.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İran parlamentinin zəhərlənmə işləri üzrə istintaq komissiyasının üzvü Məhəmməd Həsən Əsferi açıqlama verib.

Asferi zəhərlənənlər arasında qız tələbələrin sayının üstünlük təşkil etdiyini bildirib: “Zəhərlənmələrin nədən qaynaqlandığı və necə meydana gəldiyi ilə bağlı araşdırmalar davam edir. Hələlik bunun nə olduğu və necə yayıldığı ilə bağlı dəqiq məlumatımız yoxdur. Araşdırmaların nəticəsi ilə bağlı Səhiyyə Nazirliyinə məlumat veriləcək”.

Səbəbi hələ dəqiq açıqlanmayan zəhərlənmə halları ilə bağlı rəsmilər qeyd edib ki, məktəblərdə istifadə edilən zəhərin tərkibində N2 (diazot) qazının olduğu müəyyən edilib.

Rejim əleyhdarlarının iddialarına görə, İran administrasiyası daxilində qadınların rəhbərlik etdiyi Məhsa Əmini nümayişlərinin qisasını almaq istəyən bəzi radikal qruplar var.

Tehran administrasiyasına yaxın mənbələr isə hadisənin arxasında xalqı administrasiyaya qarşı qızışdırmaq məqsədi daşıyan rejim əleyhdarı ünsürlərin dayandığını iddia edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol