Menu

"Rusiyanın Ukraynaya qarşı əsassız işğalçılıq müharibəsini pisləyirik” - Aİ

08.03.2023, 10:17
"Rusiyanın Ukraynaya qarşı əsassız işğalçılıq müharibəsini pisləyirik” - Aİ

“Biz Rusiyanın Ukraynaya qarşı əsassız işğalçılıq müharibəsini kəskin şəkildə pisləyirik”.

“Report” Avropa İttifaqının saytına istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Rusiya beynəlxalq hüququ, o cümlədən BMT Nizamnaməsinin əsas prinsiplərini kobud şəkildə pozur: “İnsan hüquqları və beynəlxalq humanitar hüququ pozanlar məsuliyyət daşıyacaqlar. Biz Rusiyanı davam etdirdiyi təzavüzünü dərhal, qeyd-şərtsiz dayandırmağa və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə tam hörmət etməyə çağırırıq”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol