Menu

Lənkəranda iki avtomobil toqquşub - Ölən və yaralılar var

09.03.2023, 00:42
Lənkəranda iki avtomobil toqquşub - Ölən və yaralılar var

Lənkəran şəhərində iki avtomobil toqquşub, ölən və yaralılar var.

“Report”'un Cənub bürosu xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospektində baş verib.

Belə ki, “Tofaş” və “Toyota Prius” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Yaralılardan biri hadisə yerində dünyasını dəyişib.

Digər yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol