Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, polkovnik Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi, polkovnik Şükür Səfərov azadlığa buraxılıb.
APA-nın əldə etdiyi xəbərə görə, ittiham olunan şəxslər cinayət işi üzrə dəymiş ziyanı tam ödəyiblər.
Bu əsasla cinayət işlərinə xitam verilib, barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.
Qeyd edək ki, polkovniklər - Rəşad Babayev və Şükür Səfərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ötən ilin iyulunda keçirilən əməliyyatla həbs olunmuşdular. Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilmişdi.


Şərhlər
Əminəm ki, ödədikləri oğurladıqlarının heç 10 faizi deyil. Bundan belə dövlət vəzifəsi daşıyıb dövləti talamayana sadəcə .... deməyəsən bəs nə deyəsən?
Maraqlıdır. Belə çıxır ki, heç nədən qorxub eləmə -- dövlətin pullarını oğurla, tala, üstü açılsa ver canını qurtar, açılmasa dədənin malı kimi ye. Dövləti talamaq üçün daha bundan da münbit şərait olar? İndi yoxlanıla bunların milyonlarla əmlakları var ki heç öz maaşları ilə bunları 5000 ilə də toplamaq olmaz amma onlar bunu 4-5 ilə yığıblar. Hardan?
Mən çox sevinirəm ki, bizim hüquqçular "tutduğlarını uzağı 1-2 aya buraxırlar", əmlakları qaytarılmaq şərti ilə...urraaaa...
311- ci maddə ( rüşvət alma) üzrə dəymiş ziyanı ödəmək cinayət məsuliyyətindən azad edir? Bunlar , əvvəla 1000 bəlkə də 10000 adamdan rüşvət alıblar , indi qapı-qapı gəzib geri qaytarıblar, yəqin… Bir də, əməllərində cinayət tərkibi var ( obyekt, subyekt, bu cəhətlər vəmotiv və s.) - qanun başqa şey deyir axı…