Menu

Paşinyana “bomj” dedi... - Ermənistana buraxılmadığı üçün

09.03.2023, 16:26
Paşinyana “bomj” dedi... - Ermənistana buraxılmadığı üçün

Rusiyada yaşayan erməni əsilli jurnalist, holdinq rəhbəri Aram Qabrelyanov Ermənistanın Baş naziri Nikol Paşinyanı təhqir edib.

“AzPolitika.info” xəbər verir ki, Ermənistana buraxılmadığı üçün qəzəblənən Qabrelyanov Paşinyanı “bomj” adlandırıb.

Öz sosial şəbəkə səhifəsində paylaşım edən Qabrelyanov bildirib ki, ikili vətəndaşlıq və Ermənistan pasportu daşımasına baxmayaraq, ölkəyə buraxılmaması qanunsuzluqdur və Paşinyanın qorxaqlığından irəli gəlir: “Ermənistan hökumətini məhkəməyə verirəm və mütləq onları məni Ermənistana buraxmağa vadar edəcəm... “Bomjlar” məni atamın vətənindən məhrum edə bilməzlər”.

Xatırladaq ki, 44 günlük Qarabağ müharibəsində Azərbaycana qarşı informasiya təxribatı aparan Semyon Peqovun “sahibi” məhz Qabrelyanov idi.

“AzPolitika.info”     

Şərhlər

Eli 2023-03-09 16:48:22

Bu çaqqalın daşnak olmağı sifetinde yazılıb.Tipik daşnakdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol