Menu

Səhiyyə Nazirliyinin “İnnovasiya və Təchizat Mərkəzi” əmlakı ilə birlikdə TƏBİB-ə verilib

09.03.2023, 16:28
Səhiyyə Nazirliyinin “İnnovasiya və Təchizat Mərkəzi” əmlakı ilə birlikdə TƏBİB-ə verilib

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin fəaliyyətinin təşkili məqsədilə onları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada zəruri iş, xidmət, mal-material və digər ləvazimatla təmin etmək üçün Səhiyyə Nazirliyinin tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” əmlakı ilə birlikdə TƏBİB-in tabeliyinə verilib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" fərmanda dəyişiklik edib.

Fərmanın qeyd edilən hissəsi 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Şərhlər

Rəcəb 2023-03-09 20:03:07

Belə halda fəaliyyəti məhdudlaşdırılan Nazirliyin ləğvi məqsədəuyğun deyilmi?

Fazil 2023-03-09 20:00:42

SƏHİYYƏNİ SAHƏSİNİ İKİYƏ BÖLMƏK OLDUQCAYANLIŞ ADDIM OLUB.BUNDAN İNSANLAR ÇIXILMAZ VƏZİYYƏTƏ SALINIB.XISTƏLƏR ,ÖLÜM SAYINI ARTMASININ ƏSAS SƏBƏBİ ELƏ BU
BĞLÜNMƏDİR.DƏRHAL CİDDİ YANAŞMA VƏ CİDDİ ÖLÇÜ GÖTÜRÜLMƏLİDİR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol