Menu

Müharibəyə qarşı çıxan fəala 7 il cəza verildi – 90 min rubl da cərimələnib

09.03.2023, 17:09
Müharibəyə qarşı çıxan fəala 7 il cəza verildi – 90 min rubl da cərimələnib

Kemerovo vilayətinin Kiselyovsk şəhər məhkəməsi yerli fəal Bulat Şumekovu Ukraynadakı müharibə ilə bağlı video yayımladığına görə 7 il müddətinə azadlıqdan məhrum edib.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Şumekova qarşı rus ordusuna qarşı saxtakarlıq maddəsi ilə cinayət iş hələ aprel ayında açılıb. 

Daha sonra iş materiallarından irəli gələn nifrət və ya düşmənçilik motivi ilə ittiham sərtləşdirilib.

Müstəntiqlərin fikrincə, Şumekov internetdə saxta videolar yaradıb və yayıb.

Qeyd edək ki, Rusiya hakimiyyəti Müdafiə Nazirliyinin rəsmi hesabatlarına zidd olan müharibə ilə bağlı istənilən məlumatı saxta adlandırır.

2022-ci ilin yazında isə Şumekov Rusiya ordusunu gözdən salmaq maddəsi ilə üç dəfə cərimələnib. Cərimələrin məbləği 90 min rubl təşkil edib.

Bundan başqa, Şumekov martda Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz olaraq keçirilən mitinqdə iştirak etdiyinə görə on sutka, apreldə isə müharibə əleyhinə mitinq elan etdiyinə görə beş gün müddətinə həbs edilib. O, həmçinin ekstremist simvolların nümayişi və hakimiyyətə hörmətsizlik maddələri ilə cərimələnib.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol