Menu

"Rusiyanın müharibəni nə qədər uzatması İran və Şimali Koreyanın dəstəyindən asılıdır" - Litva kəşfiyyatı

09.03.2023, 17:45
"Rusiyanın müharibəni nə qədər uzatması İran və Şimali Koreyanın dəstəyindən asılıdır" - Litva kəşfiyyatı

“Rusiyanın Ukraynadakı müharibəni nə qədər uzatması İran və Şimali Koreya kimi dövlətlərin dəstəyindən asılıdır”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Litva hərbi kəşfiyyatının rəhbəri Elegius Pavlavicius deyib.

Onun sözlərinə görə, müharibə daha iki il davam edə bilər: “Rusiya hazırkı resursları ilə savaşı iki il də uzada bilər”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol