“Hazırda Ali Məhkəmə sədrinin səlahiyyətlərini mən icra edirəm. Ali Məhkəmənin gələcək sədri kim olacaq, onu yalnız cənab Prezident bilir”.
“AzPolitika.info” xəbər verir ki, bunu “Gununsesi.info”ya açqılamasında Ali Məhkəmə sədrinin səlahiyyətlərini icra edən Çingiz Əsgərov bildirib.
Özünün bu posta təyinat alacağı barədə mediada yaılan xəbərlərə münasibət bildirən Çingiz Əsgərov bunları deyib: “Mənim, yaxud başqa şəxsin Ali Məhkəmə sədri olmaq istəyi bizdən asılı deyil. Ali Məhkəmənin sədri cənab Prezident tərəfindən müəyyən olunacaq. Kim olacaqsa, onu da biləcəyik”.
Qeyd edək ki, Fevralın 25-də 70 yaşı tamam olan Ali Məhkəmənin sədri Ramiz Rzayev ötən həftə vəzifəsindən gedib. Hazırda mediada bu posta Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynlinin, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun və Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərovun təyin ediləcəyinə dair məlumatlar yayılır.
Ekspertlərə görə ən şanslı namizəd Ç.Əsgərovdur.
“AzPolitika.info”


Şərhlər