Menu

"Su tariflərinin artırılması üçün təşəbbüslə çıxış etmək istəyirik" - "Azərsu"

10.03.2023, 15:50
"Su tariflərinin artırılması üçün təşəbbüslə çıxış etmək istəyirik" - "Azərsu"

Bu gün suyun 1000 kubunun qiyməti dövlətə 70-80 manata başa gəlir.

APA xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, lakin sudan istifadə birliklərinə 1000 kubu 50 qəpiyə satılır:

"Onlar da xərclərinə uyğun olaraq müəyyən qədər vəsaiti üzərinə gəlməklə istifadəçilərə təqdim edirlər".

"Azərsu ASC"-nin sədr müavini Etibar Məmmədov isə deyib ki, əhaliyə içməli su maya dəyərindən aşağı satılır:

"Tariflər normal olsa, "Azərsu" ASC daha rentabelli fəaliyyət göstərə bilər. Tariflərin gələcəkdə artırılması üçün biz də təşəbbüslə çıxış etmək istəyirik. İnkişaf etmiş ölkələrin heç birində və postsovet ölkələrinin heç birində bu tariflə su satılmır. Suyun qiymətinin artması bizim istəyimizdən asılı deyil. Lakin dövlət nə qərar qəbul edəcəksə, ona uyğun addım atılacaq. Əldə olunan vəsait şəbəkələrin yenilənməsinə sərf olunur".

Şərhlər

Famil 2023-03-11 06:36:27

2 il əvvəl suyun qiymətini qaldıranda sonra ancaq öz işçilərinin əmək haqlarıni qaldırdılar. Nəzarətçinin maashini 950 manat ediblər. Ölkədə heç Ali Təhsilli müəllim o qədər maaş almır 5-10%-ni çıxmaq şərti ilə. Birdə yeyintinin artırdılar. Su pulu artandan sonra bu sahədə nəinki irəliləyiş hətta geriləmə oldu. Siz Aliqarxlarin Torpaqlarına suyu PULSUZ VERİB, ONUDA PULUNU ƏHALİDƏN CİXARTMAQ İSTƏYİRSİZ. R
AZƏRSU İŞLƏYƏ BİLMİRSƏ CİXİB GETSİN

Vətəndaş 2023-03-11 00:12:29

Azəesu-da şişirdilmiş ştat cədvəlinə və maliyyə sənədlərinə,tender qiymətlərinə və görülənn işlərə.faktok alınan və isytifadə onunan materialların.avadanlıqıarın qiymət və miqdarlarını ciddi yoxlamaq vacibdir.Bu zaman orada nələrin baş verdiyini ortaya qoysanız çox mətləblərin üstü açılar.Amma bunu etməyi istəyənə ehtiyac var.

Vərəndaş 2023-03-11 00:02:21

Utanmırsınız?Bu zülümlə yaşayan xalqın cibinə nə qədər girmək olar?Tarif şurası xalqa düşmən kəsilib.

t.ədalət 2023-03-10 20:53:21

Suyun 1000 kubunun maya dəyəri 3-4 manat həcmindədir."Azərsu" lazımsız xərclərini,görülən işin şişirdilmiş dəyərini də suyun üzərinə yükləyir.Xalq nümayəndələrinin iştirakı ilə suyun maya dəyəri hesablanmalıdır.Xalqı müstəmləkə əhalisinin yerinə qoiymaq yetər!Fetoçu Qorxmaz Hüseynovun talama metoduna son qoymaq lazımdır.Q.Hüseynovun talama yolu ilə əldə etdiyi sərvətə bu gün qiymət qoymağa mütəxəssislər belə çətinlik çəkir.Dəniz sahilindəki villa-rezidensiyasının dəyəri milyardı keçir.

dadaşyev 2023-03-10 20:15:44

İnkişaf etmiş ölkələrin heç birində bu tarifə su satılmırmı?Aaaa!Siz hansı inkişaf etmiş ölkədə 300 manat,400 manat pensiya-maaş görmüsünüz?5000 avrodu maaş ay bəni-adəmlər İsveçdə məsəla.Sözlə yazıram:beş min avro!!!Görməmisinizsə niyə bizi inkişaf etmiş ölkələrlə müqayisə edirsiniz?Biz inkişaf etmiş yox,inkişaf etməkdə olan ölkəyik axı.Postsovet ölkələrindən isə nefti-qazı olan ölkələrdə su tariflərini açıqlaya bilərmisiniz?Məsəla,Türkmənistanda və Qazaxıstanda neçəyədi su?Açıqlayın,bilməyənlər bilsin.Sözü deyib ötməklə deyil.Faktla danışın.İki il qabaq fevralda suyun qiymətini qaldırdığınızda da açıqlamadınız,utandınız,çünki o zaman bizdə su 70 qəpiyə qalxanda Qazaxıstanda 18 qəpikdi su,Gürcüstanda 20 qəpik,ermənistanda 58 qəpik,Belorusiyada 60 qəpik,Rusiyada 94 qəpik.Sadəcə,işləyə bilmirsiniz deyə zərərinizi millətin boğazından kəsib verdiyi pullarla ört-basdır edirsiniz.İşləyəmmirsiniz,vəssalam.Türklər demiş,millətin qarnına qaşıq salmaqla bacarıqsızlığınızı malalayırsınız.

dadaşyev 2023-03-10 18:58:59

Daha lap ağını çıxartdı haa Azərsu.Canım,işləyə bilmirsinizsə kreslonuzdan rədd olun,bacaranlar gəlsin işləsin də.Bu nə deməkdir axı?İki ildən bir suyun qiyməti qalxır.Siz bacarıqsızlığınızdan ziyanla işləyəcəksiniz,borclarınız yığılacaq xirtdəyə,sonra yenə millətin cibinə girərəkmi ziyanınızı ödəyəcəksiniz?Nə qədər olar axı bu?Nə rahat yolunu tapmısınız.Millətə heç yazığınız gəlmirmi yəni?Millət sizin dədənizə borcludurmu hər dəfə ziyanınızı ödəsin?Allah Allah!Nə oyuna düşmüşük!İşləməyi bacarmayanlar da dördəlli yapışıblar kreslolarından,tərpənmək bilmirlər,demirlər ki bu iş bizlik deyil.

Turan 2023-03-10 18:11:35

Kimsə özünə villa tikdirmək fikrinə düşüb

TARIX 2023-03-10 17:39:06

??????????,,,,,,,,,

TARIX 2023-03-10 16:48:51

AZƏRSU SİZ SUYUN LİTRİNİ BİR MANAT ELƏSƏNİZ DƏ YENƏ ZİYANLA İŞLƏYƏCƏKSİNİZ.ONA GÖRƏKİ NORMAL İDARƏCİLİK,HESABAT YOXDUR.MAL -MATERİALLARIN ALQISI ŞİŞİRDİLMİŞ QİYMƏTLƏRLƏ ALINIR,HƏDDİNDƏN ARTIQ İTKİLƏRƏ YOL VERİLİR.

Senan 2023-03-10 16:25:41

Bir söznən əsas məqsəd suyun qiymətini waldırmaqdır odur ki,mincūr şərhlər isbatlar söylənəcək...

Emin 2023-03-10 15:58:51

Siz səhv eləyirsiz!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol