Menu

“Azərbaycan ilk və bəlkə də, yeganə hidrogen habına çevrilə bilər” - Baderşneyder

10.03.2023, 16:40
“Azərbaycan ilk və bəlkə də, yeganə hidrogen habına çevrilə bilər” - Baderşneyder

“Azərbaycan ilk və bəlkə də, yeganə hidrogen habına çevrilmək imkanına malikdir”.

"Report" xəbər verir ki, bunu Köləliyin müasir formalarının aradan qaldırılması üçün Qlobal Fondun İdarə Heyətinin sədri, "Exxon Mobile" şirkətinin keçmiş vitse-prezidenti Jean Baderşnayder bildirib.

O qeyd edib ki, Azərbaycanda külək və günəş enerjisini inkişaf etdirmək üçün gözəl imkanlar var.

Jean Baderşnayderin sözlərinə görə, Azərbaycan kiçik ölkə olsa da, bərpa olunan enerji mənbələrinin inkişafına böyük investisiyalar yatırır.

"Azərbaycan enerji təhlükəsizliyi məsələsində xeyli irəliləyib", - Baderşnayder bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol