ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Co Bayden administrasiyasının Ukraynada mümkün müharibə cinayətlərinə dair dəlil təşkil edəcək məlumatları Beynəlxalq Cinayət Məhkəməsinə göndərməsinə mane olub.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “New York Times” nəşri məlumat yayıb.
“New York Times” qəzetinin ABŞ rəsmilərinə istinadla verdiyi xəbərdə bildirilir ki, ABŞ hərbi komandanlığı bunun amerikalıların məsuliyyətə cəlb edilməsinə yol aça biləcək bir presedentə səbəb olacağından qorxur.
Məlumatda qeyd edilir ki, Dövlət Departamenti və Ədliyyə Nazirliyi Rusiyanın hərbi cinayətlərinə dair sübutların məhkəməyə verilməsini dəstəkləyir. Amma ABŞ Prezident Co Bayden hələlik dalandan çıxış yolu tapa bilmir.
“AzPolitika.info”


Şərhlər