“Şimali Koreya raket sınaqlarıyla bağlı hazırkı yanaşmasından əl çəkmədiyi müddətcə, daha böyük bədəllər ödəyəcək”.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Ölkəsinin müttəfiqlərini müdafiə etmək əzmində olduğunu vurğulayan Prays, təxribat xarakterli hərəkətlər edən Şimali Koreya ilə hər zaman dialoqa açıq olduqlarını bildirib: “Şimali Koreya dünyanın dörd bir tərəfindəki müttəfiqlərimizə bu cür yanaşmağa davam edərsə, daha böyük bədəllər ödəməli olacaq. Biz Şimali Koreyanın yanaşmasını dialoq və diplomatiyaya doğru dəyişməsini istəyirik”.
“Dialoq və diplomatiya yolu ilə Koreya yarımadasının nüvəsizləşdirilməsi hədəfinə doğru mərhələli, real və praktiki irəliləyiş əldə edilə bilər. Onu da qeyd edim ki, ABŞ Şimali Koreyanın son ballistik raket sınaqlarını pisləyir. Şimali Koreyanın son raket sınaqları Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur və Pxenyan həm öz qonşuları, həm də beynəlxalq ictimaiyyət üçün təhlükə yaradır”- deyə, o, bildirib.
“AzPolitika.info”


Şərhlər