Xəbər verdiyimiz kimi, Bakı Dövlət Sirkinin yanında atışma baş verib.

"Sherg.az"-ın məlumatına görə, atışmada vurulanlardan biri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur. Qətlin sifarişçisinin kriminal avtoritet Nicat Lənkəranski olduğu söylənilir.

İddiaya görə, "Brilyant" ləqəbiylə tanınan Nicat Lənkəranski hazırda Türkiyədə yaşayır.

Qeyd edək ki, silahlı insident nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən vurğulanıb ki, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

331557784_883709529578830_7919435098892975561_n.jpg (76 KB)

"Azxeber.com" saytı xəbər verir ki, hadisə zamanı yaralananlardan birinin qardaşı hadisə haqqında danışıb.

O bildirib ki, hadisə qardaşı yolu keçən zaman baş verib: “Kimin vurduğunu bilmirəm. Atəş açan şəxslə aralarında hər hansı ədavətin olduğunu bilmirəm. Hadisə yolu keçən zaman baş verib”.