Menu

Tikintiyə dövlət nəzarəti qaydaları təsdiqləndi

18.11.2014, 09:26
Tikintiyə dövlət nəzarəti qaydaları təsdiqləndi

Prezident İlham Əliyev fərman imzalayaraq tikintiyə dövlət nəzarəti qaydalarını təsdiqləyib.

“Media forum” saytı xəbər verir ki, qaydalara görə, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətlərini Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir.

Qaydaların tələbləri tikinti fəaliyyətinin bütün subyektləri üçün məcburidir. Tikintiyə icazə verən müvafiq yerli icra hakimiyyəti orqanı icazə barədə qərarı və xüsusi nişanı sifarişçiyə təqdim etdikdən sonra 3 iş günü müddətində həmin obyektin tikintisinə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək üçün bu barədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məlumat verməlidir.

Noyabrın 17-də dövlət başçısı tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydalarını da təsdiq edib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol