Menu

"ABŞ və digər ölkələrlə birlikdə Azərbaycanı qorumaq üçün hər şey etməliyik" - İsrailin sabiq baş naziri

11.03.2023, 13:59
"ABŞ və digər ölkələrlə birlikdə Azərbaycanı qorumaq üçün hər şey etməliyik" - İsrailin sabiq baş naziri

İran çox aqressiv ölkədir. Beynəlxalq ictimaiyyət bunun yaxşı fərqindədir.

APA xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Ehud Olmert jurnalistlərə açıqlamasında deyib.

"Düşünürəm ki, biz ABŞ və digər ölkələrlə birlikdə İran tərəfindən hədələnən ölkələri qorumaq üçün hər şey etməliyik və bura Azərbaycan da daxildir. Biz bu ölkələri səlahiyyətimizdə olan gücləri birləşdirərək İranın istənilən təcavüzündən qorumalıyıq", deyə o əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol