“BİR ÖLKƏ 7 VİTSE-PREZİDENTLƏ İDARƏ OLUNA BİLMƏZ” – “Bunun mümkün ola biləcəyini deyən axmaqdır”

“Gənclik” Partiyasının qurucusu, hazırda Fransada mühacir həyatı yaşayan Cem Uzan “6-lı masa”dakı partiya liderlərinə vitse-prezidentlik statusu verilməsini sərt tənqid edib.

Ötən gün Jurnalist Şaban Sevincin proqramında çıxış edən Cem Uzan bunları deyib:Türkiyəm, dünyada 7 vitse-prezidentlik deyilən bir rejim yoxdur. Buna icazə verməyin. İntihar etməkmi istəyirsiniz? Bu ölkəni parçalamaqmı istəyirsiniz? Türkiyə bu teatrı yaşadı. Bunu Türkiyəyə Meral Akşener, Kılıçdaroğlu yaşatdı. İnciməsinlər, amma bir ölkə 7 vitse-prezidentlə idarə oluna bilməz. Bunun mümkün ola biləcəyini deyən axmaqdır”.

Xatıraldaq ki, Cem Uzan daha əvvəl qatıldığı proqramlarda da müxalifətin mövcud idarəetmə mexanizmini tənqid etmişdi.

“7 vitse- prezident yoxdur. Nə edəcəksiniz? 60 nazir olacaq ölkədə? Türkiyədə 2 min və ya 3 min deputatın olmağını istəyirsiniz?”- deyə, o, bildirmişdi.

“AzPolitika.info” 


635x100

Şərhlər

Veteran 2023-03-11 20:19:08

Turqut Ozaldan sonra Sayın Ərdoğan Türkiyəni söz sahibi etdi.O ən azı 5 il Türkiyəyə və TURAN birliyinə lazımdır.Dünyanın belə yenidən parcalanması vaxtında bizə ATATÜRKDƏN sonra SAYIN ƏRDOĞAN lazımdır.Amma islahalar laübüddür.Aİ və ABŞ-la əlaqələri düzənə qoymaq vazibdir.

Son yazılar