Ukraynanın xarici işlər naziri Pavlo Klimkin "eunews.az"-a verdiyi eksklüziv müsahibəsində Simforopol-İrəvan təyyarə reysi haqda danışıb.
Cənab nazir, Simferopol aeroportundan verilən məlumata görə Rusiyanın ilhaq etdiyi Krımdan İrəvana ilk təyyarə dünən uçub. Bununla bağlı mövqeyiniz nədir?
Bu cür uçuşlarla bağlı açıq-aşkar sanksiyalar var. Bu hallar baş verdikdə biz dərhal və qətiyyətlə reaksiya verməliyik.
Nə cür reaksiya verməyi planlaşdırırsınız?
Bu sualın cavabı çox sadəsir. Məhkəmə yolu ilə, ehtiyac olarsa siyasi müstəvidə buna reaksiya veriləcək.


Şərhlər