Menu

"Türkiyəni ən axırda azərbaycanlı xilasedicilər tərk edib" - Çavuşoğlu

11.03.2023, 23:10
"Türkiyəni ən axırda azərbaycanlı xilasedicilər tərk edib" - Çavuşoğlu

"Zəlzələ baş verəndən sonra xarici ölkələrdən Türkiyəyə gələn axtarış-xilasetmə qruplarının hamısı ölkələrinə geri dönüb".

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, 90 ölkədən 11 min 320 nəfər Türkiyədə axtarış-xilasetmə işlərinə cəlb olunmuşdu: “Ən son Can Azərbaycan qalmışdı. Can Azərbaycan da işlərini tamamladığından sonra geri döndü”.

O həmçinin zəlzələ bölgəsində xarici ölkələr tərəfindən qurulan 32 səhra hospitalından 12-nin fəaliyyətinin davam etdiyini də əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol