Menu

Hulusi Akar "F-16" məsələsində Türkiyə ilə ABŞ-ın uzlaşmaya yaxın olduğunu açıqlayıb

12.03.2023, 18:20
Hulusi Akar "F-16" məsələsində Türkiyə ilə ABŞ-ın uzlaşmaya yaxın olduğunu açıqlayıb

"Müzakirələrdə ABŞ Müdafiə Nazirliyi ilə müsbət nöqtəyə gəlmişik. Ağ Ev tərəfindən dəstəkləndiyini bilirik. Konqresin sağlam düşüncə ilə qərar verəcəyini gözləyirik".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-dən "F-16" alımı ilə bağlı məsələni şərh edərkən bildirib.

"Bu mövzuda çarəsiz olmadığımızı, əlimizdə seçimlər olduğunu hamının bilməsini istəyirik", - nazir əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol