Menu

“Putin özünə “günah keçisi” axtarır...” – ABŞ institutu

13.03.2023, 13:47
“Putin özünə “günah keçisi” axtarır...” – ABŞ institutu

“Rusiya Prezidenti Vladimir Putin “Vaqner” PMC-nin müharibədə ağır itkilər verməsindən istifadə edərək, əhalinin diqqətini rus ordusundan yayındırmağa çalışır. O, Ukraynaya qarşı müharibədəki uğursuzluqlarla bağlı günahlandıra biləcəyi “günah keçisi” axtarır”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin məlumatında bildirilib.

Analitiklərin fikrincə, Putin “Vaqner”in yüksək hərbi itkiləri, əsgərlərinin pis əhval-ruhiyyədə olması və hərbi cinayətlərlə bağlı xəbərlərdən istifadə edərək, rus xalqının diqqətini öz ordusundakı problemlərdən yayındırmağa çalışır. “Rusiyanın Baxmut uğrunda gedən döyüşlərlə bağlı verdiyi xəbərlərin böyük hissəsi vaqnerçilərin ağır itkilərinə yönəlib ki, bu da Rusiya Müdafiə Nazirliyinə ordudakı digər itkiləri gizlətməyə və ya azaltmağa imkan verir”, - hesabatda qeyd olunur.

Analitiklərin fikrincə, 2023-cü il fevralın əvvəlində Uqledar yaxınlığında sarsıdıcı məğlubiyyətlərə baxmayaraq, Rusiya Müdafiə Nazirliyi Putinə sadiqlik nümayiş etdirir.

“Priqojin Baxmutu öz kommersiya və siyasi məqsədlərinə çatmaq üçün Kreml və Rusiya Müdafiə Nazirliyi üzərində təsir rıçaqları əldə etmək fürsəti kimi görsə də, Putin öz rejimini səfərbərliyin zərərli təsirlərindən qorumaq üçün “Vaqner” PMC-dən istifadə edir. Bu isə ordunun fəaliyyətini əhəmiyyətli dərəcədə ləngidir”,- deyə hesabatda bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol