Menu

Bakıda yataqxana uçdu - Yaralananlar var

18.11.2014, 10:52
Bakıda yataqxana uçdu - Yaralananlar var

Binəqədi rayonunda qeydə alınan hadisədə xəsarət alanlar olub

Ötən gecə saat 03 radələrində Bakının Binəqədi rayonunda yataqxanada uçqun olub.

Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Bakı Slavyan Universitetinin yataqxanasında qeydə alınıb.

Belə ki, Dərnəgül qəsəbəsi Ağasadıq Gəraybəyli küçəsi 31 ünvanında yerləşən yataqxananın 3-cü mərtəbəsində döşəmə dağılıb.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol