Rusiyada orduya çağırış yaşının mərhələli artırılması ilə bağlı qanun layihəsi Dövlət Dumasına təqdim edilib.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, qüvvədə olan qanunvericiliyə görə, Rusiyada 18-27 yaş arası kişilər çağırıla bilər/ Yeni qanun qəbul olunarsa, 2026-ci ildən etibarən yaşı 21-dən 30-dək olan kişilər hərbi xidmətə çağırılacaq.
Layihənin müəllifi “Vahid Rusiya” Partiyasından olan üç deputatdır: Dumanın Müdafiə Komitəsinin rəhbəri, general-polkovnik Andrey Kartapolov və onun iki müavini, polis xüsusi təyinatlılarının polkovniki Yuri Şvıtkin və Ryazan Hərbi Hava Qüvvələri Məktəbinin keçmiş rəhbəri Andrey Krasov.
İzahatda qeyd olunur ki, qanun layihəsinin məqsədi vətəndaşların orta ümumi təhsil və orta ixtisas təhsili almasına təminat verməkdir.
Hərbi qurumların rəhbərləri dəfələrlə adi lisey məzunlarının müasir texnologiya ilə işləmək iqtidarında olmadığını bildirərək, işə qəbul olunanların keyfiyyətindən şikayət ediblər.
“AzPolitika.info”


Şərhlər