Menu

Zelenski Ukraynanın qəhrəmanlıq simvoluna çevrilən hərbçiyə ad verib – Anası oğlunun ölümünü “Facebook”-dan izləyib...

13.03.2023, 23:08
Zelenski Ukraynanın qəhrəmanlıq simvoluna çevrilən hərbçiyə ad verib – Anası oğlunun ölümünü “Facebook”-dan izləyib...

Ukrayna Prezidenti Volodimir Zelenski ötən həftə rus işğalçıları tərəfindən güllələnərək qətlə yetirilən ukraynalı əsir hərbçinin kimliyini açıqlayıb.

Rusiya əsgərləri tərəfindən öldürülən Oleksandr İqoreviç Matsievskinin müqavimət simvoluna çevrildiyini bildirən Zelenski, həmin hərbçiyə “Ukrayna Qəhrəmanı” adı verdiyini açıqlayıb.

Matsievskinin 67 yaşlı anası Praskovya Demçuk Almaniyanın “Bild” qəzetinə müsahibəsində bildirib ki, oğlunun öldürülməsini “Facebook”-da görüb: “Axşam telefonumu götürüb “Facebook”u açdım. Videoya baxdım və anladım ki, o, mənim oğlumdur. “Oleksandr” deyə qışqırdım, bu mənim üçün böyük şok idi. Dəfələrlə baxdım, o, oğlum idi. Oleksandrın avtomatı yox idi, gülləkeçirməz jileti yox idi. Sanki çılpaq idi və bu onun həyatının son anları idi”.

Xatırladaq ki, bu vəhşi cinayətin videosu ötən həftə rus işğalçıları tərəfindən “Teleqram” kanalları vasitəsi ilə yayılıb və hiddət doğurub. Həmin görüntülərdə Oleksandrın “Slava Ukraine!” şuarı səsləndirdikdən sonra rus hərbçilər tərəfindən atəşə tutularaq, öldürüldüyü əks olunub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol